Dünyaca məşhur Qara almaz hərraca çıxarılır

Dünyanın ən qiymətli daş-qaşlarından biri olan qara almaz hərraca çıxarılacaq.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “Enigma” adlı almazın 5 milyon dollara satılması ehtimal olunur. Bildirilir ki, 555,55 karat ölçüsü olan, nadir tapılan və əsrarəngiz kimi qiymətləndirilən qara almaz “Enigma” Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki “Sotheby's” hərrac evində sərgilənir.

Ginnesin Rekordlar Kitabına düşən Enigma-nın 5 milyon dollara alıcı tapacağı gözlənilir. Ehtimal olunur ki, almaz 2 milyard 600 milyon il əvvəl bir meteorit və ya asteroidin yerə düşməsi nəticəsində əmələ gəlib. Enigma, Dubaydan sonra ABŞ-ın Los-Anceles və İngiltərənin paytaxtı Londonda sərgilənəcək. Fevralın 3-də isə 7 gün davam edəcək onlayn auksionda satılacaq. Almazın satışında kriptovalyuta qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə