50 yaşdan yuxarı ən uğurlu qadınların siyahısı FORBES TƏRƏFİNDƏN HAZIRLANIB

Forbes Avropa Komissiyasının sədri Ursula fon der Leyeni, BVF-nin baş direktoru Kristalina Georgievanı, tibb işçisi və BioNTech şirkətinin həmtəsisçisi Özlem Tureji, AstraZeneca peyvəndinin yaradılmasında iştirak edən peyvənd mütəxəssisi Sara Gilberti Avropanın, Yaxın Şərqin və Afrikanın 50 yaşdan yuxarı ən uğurlu qadınları siyahısına daxil edib. SİA xəbər verir ki, bundan əlavə, Forbes ədəbiyyat üzrə Nobel mükafatı laureatı və Belarus müxalifətinin koordinasiya şurasının rəyasət heyətinin üzvü Svetlana Aleksieviçi ən uğurlu qadınlar siyahısına daxil edib.

Reytinqə Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala və Tanzaniya prezidenti Samiya Suluhu Həsən də daxildir.

Xatırladaq ki, Forbes bu siyahıya dünyanın müxtəlif ölkələrindən 52 yaşdan 87 yaşa qədər İT sektorunun bir çox nümayəndələrini, yaradıcı peşə sahiblərini, iqtisadçıları, alimləri, müxtəlif şirkətlərin təsisçiləri və həmtəsisçilərini, eləcə də bir çox başqalarını daxil edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə