Qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar edilib

Təbii ki, bu günə qədər insanlara məlum olan planetlərin çoxu kürə formasındadır.

SİA xəbər verir ki, amma ESA-nın (Avropa Kosmik Agentliyi) CHEOPS adlı teleskopu Herakl bürcündə qeyri-adi formaya sahib WASP-103b adlı ekzoplanet aşkar edib. Sözügedən ekzoplanetin əsas fərqləndirici tərəfi təhrif edilmiş formaya sahib olmasındadır.

Təhrif edilmiş forma isə ekzoplanetin aid olduğu ulduz tərəfindən həyata keçən böyük qabarma qüvvələri ilə bağlıdır (technote.az). Ayın qravitasiya gücü Yer kürəsinə təsir göstərir və nəticədə planetimizdəki dünya okeanının qabarma və çəkilməsi baş verir.

WASP-103b adlı ekzoplanet isə öz ölçüsünə görə Yupiterdən 2 dəfə böyükdür. Bundan əlavə olaraq onun kütləsi Yupiterdən 1.5 dəfə daha yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...