Təyyarə yeganə sərnişin üçün səkkiz saat uçdu

"British Airways”in təyyarəsi Londondan Orlandoya səkkiz saatlıq uçuş edib.

Bu zaman onun göyərtəsində cəmi bir nəfər sərnişin olub. SİA bu barədə rus mətbuatına istinad edir.

“Ekipaj dedi ki, təyyarədə olan yeganə şəxs mən idim”, - deyə kişi “Tik-Tok”da bildirib.

O əlavə edib ki, dörd oturacağın qoltuqlarını aşağı endirib və boş təyyarədə özünə müvəqqəti çarpayı düzəldib.

Sərnişin belə bir uçuşu həyatındakı ən qəribə hava səyahəti adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə