Porsuq qədim dəfinəni üzə çıxardı

İspaniyanın Asturiya əyalətində yem axtaran porsuq arxeologiyaya böyük töhfə verib.

SİA-nın əldə etdiyi məlumata görə, çay sahilində porsuq yuvasının yaxınlığında dəfinə tapılıb.

Yerə səpələnmiş pulları görən yerli sakin elm adsamlarına xəbər verib. Tədqiqat zamanı ətrafda porsuğun ayaq izləri göründüyü üçün heyvanın yem axtararkən dəfinəni üzə çıxardığı ehtimal edilir. Hadisə yerindən götürülmüş 209 sikkənin tədqiqi zamanı onların Konstantinopol, Antioxiya, Roma və Lyonda bizim eranın III-V əsrlərində kəsildiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...