Özünə ər gəzən qızın maraqlı sonu

Çinli qızın başına gələn əhvalat dünya mediasının diqqətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, xalası ər tapmaq üçün yaşı ötən gənc qızı Şenqdu əyalətinə qonaq çağırıb. O, bacısı qızı Vanqa seçim etməsi üçün 10 oğlan göstərəcəkmiş.

Beləliklə, ilk 4 namizəd qızın xoşuna gəlməyib.

Maraqlı hadisə 5-ci oğlanın evində ikən baş verib. Xasiyyətcə bu qaradinməz oğlanın ən sevdiyi iş yemək bişirmək olub. Onların başı mətbəxdə qarışarkən məmurlar gəlib məhəlləni karantinə alıblar və heç kimin evdən çıxmasına icazə verilməyib. Vanq da potensial ərinin evində qalmalı olub.

Çin saytının yazdığına görə, oğlan qaradinməzdir, ancaq yemək bişirmək və ev yığışdırmaqla məşğuldur. Yəni elə əsl axtardığı adamdır. Hazırda onlar evlənmək üçün şəhərdə karantinin bitməsini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə