Fermadan qaçan 80 dəvəquşu küçələri bir-birinə qatdı

Çinin cənubundakı Quançi Çanq Muxtar bölgəsindəki bir fermadan təxminən 80 dəvəquşu qaçıb.

SİA xəbər verir ki, dəvəquşular küçələri bir-birinə qatıblar.

Polisin köçəyi ilə 60 dəvəquşu fermaya geri qaytarılıb, digərlərinin axtarışı isə davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə