Qırmızı balıq, sağlam yağlar sayəsində maddələr mübadiləsini yaxşılaşdırır, qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, bu da ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. SİA xəbər verir ki, bu sözləri diyetoloq Alyona Stepanova deyib.
Eyni zamanda mütəxəssis xəbərdarlıq edib ki, qidaya qarşı dözümsüzlük, qaraciyər və öd kisəsi ilə bağlı problemlər zamanı qırmızı balıqları qida rasionuna diqqətlə daxil etmək lazımdır.
“Balığın özünü düzgün seçmək xüsusilə vacibdir və əgər rəngi solğundursa, bu onun köhnə olduğunu göstərə bilər. Məhsulun rəngi çox parlaqdırsa, bəlkə də onun qidasında boyalar var”, deyə diyetoloq qeyd edib.
Balığın tərkibindəki faydalı maddələri qorumaq üçün həkim onu qızartmağı yox, buxarda bişirməyi və ya qaynatmağı məsləhət görüb.
Stepanova vurğulayıb ki, qırmızı balıq axşam yeməyi üçün əladır, bundan əlavə, görmə qabiliyyətini yaxşılaşdıran E vitamini ilə zəngindir.
Bütün xəbərlər Facebook səhifəmizdə