Amerikalı aktyor Nikolas Keyc və onun beşinci həyat yoldaşı Riko Şibata tezliklə valideyn olacaqlarını açıqlayıblar. SİA xəbər verir ki, bu bardə “The Sun” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, aktyor və həyat yoldaşı sonsuz xoşbəxtdirlər.
"Gələcək valideynlər sevinirlər", deyə nəşr Nikolas Keycin nümayəndəsinin sözlərini sitat gətirib.
Keycin beşinci arvadının cəmi iyirmi yeddi yaşı var və o, hətta aktyorun böyük oğlundan da təxminən dörd yaş kiçikdir.
Keycin ilk övladı Ueston Koppoladır, onun 31 yaşı var. İkinci uşağa Ka-El Koppola adı verilib, onun isə 16 yaşı var.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB