Kriptovalyuta qlobal enerji böhranının yaratdığı şəraitin mənfi təsirləri səbəbindən bütün ölkə ərazisində kriptovalyuta istehsalına qadağa qoyub.
SİA xəbər verir ki, Kosovo İqtisadiyyat naziri Artane Rizvanolli sosial media hesabından verdiyi açıqlamada, keçən ilin sonunda enerji təchizatı ilə bağlı fövqəladə tədbirlər həyata keçirmək üçün yaradılmış Texniki Komitənin tövsiyələrinə uyğun olaraq ölkə ərazilərində kriptovalyuta istehsalının qadağan edilməsi qərarına gəldiklərini bildirib.
Nazir Rizvanolli qeyd edib ki, komitə qlobal enerji böhranının yaratdığı şəraitin mənfi təsirlərinə qarşı görüləcək tədbirləri müəyyənləşdirmək və tövsiyələr vermək üçün iki iclas keçirib. Bu iclaslar dakı tövsiyələrə əsasən qəbul edilən qərar çərçivəsində hüquq-mühafizə orqanları kriptovalyuta istehsal edilən yerləri müəyyənləşdirərək onların fəaliyyətini dayandıracaq.Qərarla Kosovo xalqının həyat şəraiti daha çətinləşməzdən enerji böhranından xilas olmaq məqsəd götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB