Bosniya Herseqovinanın paytaxtı Saraybosnada bir binanın divarına “Formula-1”in 7 dəfə dünya çempionu olmuş alman pilotu Mixael Şumaxerin (Michael Schumacher) rəsmi həkk edilib.
SİA xəbər verir ki, Bosniyalı rəssamlar Vedran Poriçanin, Əmir Muzik, Ricad Haciç və Benjamin Çengiç Bosniya Herseqovina Qöte (Goethe) İnstitutunun dəstəyi ilə məşhur pilot Şumaxerin 53 yaşına hədiyyə olaraq Saraybosnada bir binanın divarına onun şəklini çəkiblər.
Porikanin, Haciç, Musik və Cengic ortaq şərhdə bildiriblər: "Bu rəsmi saraybosnalıların gerçək dostlarını əsla unutmadıqlarını göstərmək üçün çəkdik. Şəklin çəkildiyi binanın olduğu səmtin simvolik mənası var. Bosniya müharibəsi (01.03.1992 – 14.12.1995) başa çatdıqdan sonra Mixael Şumaxer Saraybosnada bu səmti ziyarət etdi və burada uşaqlara hədiyyələr verdi."
Binanın divarına əfsanəvi adın yanına yarışlarda istifadə etdiyi “Ferrari” maşını da çəkilib.
10x13 metr ölçülü rəsm nanoteknologiya boyaları ilə işlənib.
Xatırladaq ki, “Formula-1”də 7 dəfə çempion olmuş Mixael Şumaxer 29 dekabr 2013-cü ildə Fransa Alp dağında xizək sürərkən keçirdiyi qəza nəticəsində ölümcül yaralanmışdı. Bədəninin böyük hissəsi iflic qalan Şumaxerin reabilitasiya müddəti 2014-cü ilin sentyabr ayından İsveçrədəki evində davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB