Bəşəriyyət tarixinin ən mühüm ixtiralarından biri olan pul eramızdan əvvəl 7-ci əsrdə lidiyalılar tərəfindən icad edilmişdir.
SİA xəbər verir ki, Anadolunun qərbində qurulan Lidiya mədəniyyəti Asiya ilə Avropa arasında ticarət mərkəzi idi. O vaxta qədər ticarət mübadilə yolu ilə aparılırdı, lakin Lidiya padşahının əmri ilə sikkələr zərb edilməyə başlandı. Tarixdə zərb edilən ilk sikkələr gümüş və qızılın qarışığı olub.
Lidiyalılardan sonra sikkələrin istifadəsi getdikcə geniş yayılmışdır. Anadoludan çıxan pul qısa müddətdə əvvəlcə Aralıq dənizi sivilizasiyalarına, sonra isə bütün dünyaya yayıldı. Anadoluda qurulan sivilizasiyaların padşahları üzərində öz şəkilləri olan sikkələr zərb etdilər. Pulların zərb edilməsi dövlətlərin güc və suverenliyinin simvoluna çevrilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB