Liger iki ayrı növün, erkək şir və dişi pələngin hibridi olub, pişikkimilər sinfinin hal-hazırda mövcud olan ən böyük nümayəndəsidir. Zahirən zolaqları silinmiş nəhəng şir kimi görünürlər. Dişi ligerlər bəzi hallarda nəsil verə bilir, hansı ki, bu hibridlər üçün xarakterik deyil. Bu heyvanların uzunluğu 4-5 metr və daha çox, çəkisi isə təxminən 300-400 kq olur. Onlar pələng kimi üzməyi xoşlayır, şir kimi yaxşı ünsiyyət qurmağı bacarırlar. Ligerlərə təbiətdə rast gəlinmir. Çünki, təbii mühitdə pələng və şirlərin görüşmək şansı demək olar ki, yoxdur. Şirlərin müasir arealı əsasən mərkəzi və Cənubi Afrikanı əhatə edir, halbuki pələng sırf Asiya növüdür. Ona görə də cütləşmə yalnız zooparkda və ya sirkdə mümkündür. Bunlardan da yalnız 1-2%-i nəsil artıra bilir. Sayları təxminən 20 civarındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB