Xərçəngə yoluxan yazarın sonu hər kəsi təəccübləndirdi

Antoni Burgess beynində xərçəng olduğunu və bir il içərisində öləcəyini öyrəndiyində 40 yaşında idi. O sırada isə çox yoxsul olan Antoni ölümündən sonra dul qalacaq yoldaşı Linneyə heç olmasa bir az miras qoymaq istəyirdi. Əlində isə sadəcə yazı yazmaq bacarığı olan Antoni: “1960-cı ilin yanvarı idi. Həkimim tərəfindən qoyulan diaqnoza görə önümdə yaşaya biləcəyim 1 qış, 1 yaz, 1 yay və 1 payız qalmışdı. O fəsil yarpaqlar tökülməyə başlayanda mən də ölmüş olacaqdım” deyə ilk sətirlərini yazmağa başladı. Həmin ili Antoni 5.5 roman yazdı və nəhayət il tamam olsa da, Antoni ölmədi və hətta xərçəng tamamilə yoxa çıxdı. Ondan sonra həyatı boyu, içində ən məşhuru “A. Clockwork Orange” olan 70-dən çox iş ortaya çıxartdı. Qısa zamanda varlanan Antoni, əgər xərçəng olmasaydı heç vaxt kitab yazmayacaqdı və heç vaxt bu bacarığını üzə çıxara bilməyəcəkdi. Əslində çoxumuz da, Antoni Burgess kimi həyatımızın dibinə varanda ortaya çıxaracaq bir bacarıq gizləyirik. Sadəcə 1 il ömrünüz qaldığınızı düşünüb “nələr edə bilərəm?” deyə fikirləşin. Bəlkə siz də bacarığınızı taparsınız.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə