Dünyanın ən çox varlanan 10 milyarderi

2021-ci il milyarderlər üçün varlanmaq ili oldu.

Forbes jurnalının hesablamalarına görə, 2021-ci il yanvarın 1-dən dekabrın 10-dən dünyada 2 min 660 milyarderdən 1800-ü daha da varlı olub. Onların bəziləri sərvətini yüz milyonlarla, bəziləri isə milyardlarla artırıb.

SİA xəbər verir ki, bununla yanaşı, bir kiçik milyarderlər qrupu var ki, onlar il ərzində milyardlarla dollar qazana bilib və dünyanın ən çox varlanan insanları reytinqinə daxil olub. İlk onluğa daxil olan milyarderlər sərvətini 2021-ci ildə $458 milyard artırıb. Bu, 2021-ci il yanvarın 1-dən dekabrın 10-dək olan dövrdə bütün milyarderlərin sərvətindəki ümumi artımın ($1.6 trilyon) dörddə birindən çoxdur.

Dünyanın ən varlı 10 milyarderindən altısı ABŞ-da yaşayır. Onların hamını texnologiya sənayesinin və ya əlaqəli sahələrin nümayəndəsidir. 2021-ci ildə Amerikanın ən varlı milyarderlərinin ümumi sərvəti $304 milyard artıb.

10 ən zəngin milyarderin reytinqinə (10 dekabr 2021-ci il tarixinə olan məlumat) Hindistan, Fransa, Çin və Honkonqdan olan iş adamları da daxildir.

1. İlon Mask: +$109.8 milyard

Ölkə: ABŞ

Sərvəti: $265.4 milyard

2021-ci ildə artım: +$109.8 milyard

2.Qautam Adani: +$52.5 milyard

Ölkə: Hindistan

Sərvəti: $81.1 milyard

2021-ci ildə artım: +$52.5 milyard

3. Larri Peyc: +$49.1 milyard

Ölkə: ABŞ

Sərvəti: $126.3 milyard

2021-ci ildə artım: +$49.1 milyard

4. Larri Ellison: +$47.5 milyard

Ölkə: ABŞ

Sərvəti: $135.7 milyard

2021-ci ildə artım: +$47.5 milyard

5. Serqey Brin: +$46.7 milyard

Ölkə: ABŞ

Sərvəti: $121.7 milyard

2021-ci ildə artım: +$ 46.7 milyard

6. Bernar Arno: +$43 milyard

Ölkə: Fransa

Sərvəti: $193.9 milyard

2021-ci ildə artım: +$43 milyard

7. Stiv Balmer: +$32.3 milyard

Ölkə: ABŞ

Sərvəti: $107.5 milyard

2021-ci ildə artım: +$32.3 milyard

8.Zhanq Yiminq: +$31.7 milyard

Ölkə: Çin

Sərvət: $59.4 milyard

2021-ci ildə artım: +$31.7 milyard

9. Robin Zhenq: +$26.8 milyard

Ölkə: Honkonq

Sərvəti: $57.6 milyard

2021-ci ildə artım: +$26.8 milyard

10. Bill Qeyts: +$18.9 milyard

Ölkə: ABŞ

Sərvəti: $139.2 milyard

2021-ci ildə artım: +$18.9 milyard

Bütün xəbərlər Facebook səhifəmizdə