Yaponiyada rekord qıran uzunömürlülük qadınlar üçün 75, kişilər üçün isə 72 yaşa çatıb.
SİA xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyi hər 3 ildən bir ölkə daxilində təxminən 200 min ev təsərrüfatında aparılan araşdırmanın 2019-cu il nəticələrini açıqlayıb.
Açıqlanan hesabata görə insanların yardımsız sosial həyatlarını davam etdirə bilmələri dövrü nəzərə alan “sağlam ömür müddəti”, qadınlar üçün 75.38, kişilər üçün 72.68 ildir. Hesabatda qeyd edilib ki, araşdırmaya başlanıldığı 2001-ci ildən bu yana sözügedən uzunömürlülük həddi həm qadınlar, həm də kişilər üçün artmağa davam edir. Araşdırmanın nəticələrinə görə uzun sağlam ömürlülər arasında Miedə ştatındakı qadınlar və Oitadakı kişilər ilk sırada iştirak edərkən, Kyotoda qadınlar və İvatedə kişilər ən qısa sağlam ömürlülər arasında qərarlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB