Soyuq havalarda dərimizdəki qan damarları daralır, bu isə dərinin quruması və soyulması ilə nəticələnir. SİA xəbər verir ki, ona görə də qış aylarında xanımlar daha baxımlı olmalı, kremləri mütəmadi olaraq çəkməlidir.
İsti sudan istifadə etməyin!
İsti su dərinin üstündəki yağ təbəqəsinə zərər verir. Əlləri və üzü soyuq və ya ilıq su ilə yumaq məsləhətdir. Çimərkən də ilıq sudan istifadə edin, hamamda 15 dəqiqədən artıq qalmayın. Əks təqdirdə dəriniz quruyacaq. Kremlərdən istifadə etsəniz də, onlar dərinin təbi yağ təbəqəsini bərpa edə bilmirlər. Ona görə də dərini qurumaqdan qorumalısınız.
Təbii tərkibli sabunlardan istifadə edin!
Ətirli və tərkibində spirt olan sabunlardan uzaq durun. Daha çox təbii tərkibli sabunlara üstünlük verin. Üzərində "PH" dəyəri 5,5 yazılmayan sabunlar almayın.
3 dəqiqə ərzində nəmləndirici çəkin
Hamamdan çıxdıqdan dərhal sonra nəmləndirci çəkmək lazımdır. Qurulandıqdan sonra 3 dəqiqə ərzində çəkilən nəmləndiricinin təsiri artır. Bu həm bədən, həm də üz kremləri üçün keçərlidir.
Vitaminlər
Həkimə müraciət edərək hansı vitaminlərin sizdə azlıq təşkil etdiyini öyrənin. A, E, C kimi vitaminləri təbii meyvə və təvəzlərdən almaqla yanaşı, vitamin həbləri şəklində də qəbul edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB