Evlənirsənsə, Müdafiə Nazirliyinin icazəsi olmalıdır...

Şri-Lankada dünyada bənzəri olmayan qanun qəbul edilib.

SİA-nın xəbərinə görə, bu ölkənin vətəndaşı ilə evlənmək istəyən əcnəbilər sağlamlıq haqqında arayış təqdim etməli və xüsusi yoxlamadan keçməlidirlər.

Yoxlamanı Müdafiə Nazirliyi aparır. Rəsmi mənbələrin xəbərinə görə, bəzi əcnəbilər şri-lankalılarala pis niyyətlə evlənirlər. Onlar ya narkotik ticarəti, ya da çirkli pulların yuyulması üçün bu ölkənin vətəndaşı ilə ailə qururlar. Qanunun məqsədi milli təhlükəsizliyi təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə