SSRİ-nin qurucusu Vladimir Leninin nəşinin Qırmızı Meydandakı mavzoleydən çıxarılması məsələsi gündəmdə deyil, belə planlar yoxdur.
SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, belə planlar yoxdur”, – Kreml sözçüsü yaxın gələcəkdə Leninin nəşinin məqbərədən çıxarılması barədə qərarın qəbul edilməsinin mümkün olub-olmaması sualına cavab verərkən deyib.
“Bu məsələ gündəmdə deyil, indi başqa məsələlər və problemlərlə dolu olan başqa gündəm var”, – Peskov vurğulayıb.
Qeyd edək ki, 2024-cü il Leninin ölümündən 100 il ötür.
Lenin 1924-cü il yanvarın 21-də Moskva yaxınlığında, Qorkidəki iqamətgahında, 54 yaşında vəfat edib. Ölümündən əvvəl dəfn olunma üsulu və yeri ilə bağlı heç bir yazılı əmr qoymayıb. Yanvarın 22-də Leninin cənazəsi qısa müddətə balzamlaşdırılıb, Xalq Komissarları Sovetinin rəhbəri ilə vida müddəti uzadılıb, sonra Leninin nəşinin uzun müddət saxlanılması haqqında qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB