Şotlandiya əsrlər sonra cadugərlik iddiası ilə edam edilən 300-ə yaxın adamı əfv etməyə hazırlaşır.
SİA xəbər verir ki, əfv tələbi Şotlandiya Parlamentinə “Şotlandiyanın cadugərləri” adlı qrupun rəhbərlik etdiyi iki illik kampaniya nəticəsində gəlib.
Parlamentin komitəsi də məsələni hökumətə həvalə edib.
Hökumət indi 1563-1736-cı il Cadu Aktı ilə edam edilən 300-ə yaxın cadugəri, əsasən də qadınları əfv etməyi düşünür.
Onlar bayquşa çevrilməkdə, şeytanla görüşməkdə və Kralın gəmilərini yandırmaqda ittiham olunurdular.
Müvafiq qanun layihəsinin iyun ayında qəbul edilərək qüvvəyə minməsi gözlənilir.
Qanun layihəsinin qəbulu ilə heyrətə gətirməkdə, bayquşa çevrilməkdə, şeytanla görüşməkdə və ya fırtınaların batırılmasına səbəb olmaqda təqsirli bilinən bu şəxslər Kral VI Ceymsin gəmilərini batırmaqda ittiham edilən bu şəxslər ölümlərindən əsrlər sonra əfv edəcəklər.
Qeyd edək ki, Şotlandiyada, eləcə də, Almaniya, Fransa, İtaliya, İsveçrə və ABŞ-da cadugər ovu XVIII əsrin sonlarına qədər davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB