Tapdığı ölü heyvanları bişirib yedi

İngiltərədə yaşayan 34 yaşlı Sara Day adlı qadın avtomobilin vurması nəticəsində ölən heyvanları götürüb yediyi üçün tənqid edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sara, uşaqlıqdan təbii mühitdə yaşamaq qabiliyyəti qazandığını bildirib və etdiklərinin səhv olmadığını deyib. Bişirdiyi heyvanlardan bəhs edən Day, “Yol kənarında həmişə heyvan görmürəm. Ancaq həftədə bir dəfə yol kənarında ölü heyvanlara rast gəlirəm və onları bişirib yeyirəm. Gah maral, bəzən də dələ, bəzən dovşan. Onların əti bir az yumşaq həm də dadlı olur” söyləyib.

Yolda gördüyü hər heyvanı yemədiyini deyən Day, “Göyərçin görəndə həmişə onu yeyirəm. Dadı bir az toyuğa bənzəyir, amma daha yaxşıdır. Bəzi heyvanları yemirəm, çünki, onların ölüm müddətindən 24 saat keçmiş ola bilər ki, bu da özü ilə bakteriya gətirir. Heyvanların dərisindən istifadə edirəm. Sümüklərindən alətlər, silahlar düzəldirəm. Xüsusilə tülkünü üstündə olan kürk üçün götürürəm. Məncə, artıq ölü olduqları üçün onların dərisini soymağın heç bir eybi yoxdur, mən də bitki və meyvə yeyirəm, amma onların zəhərli olmadığını bilməliyəm”.

Gənc qadın daş dövrünə heyranlığının uşaqlıq illərindən başladığını bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə