Hörümçək nazirin üstünə çıxdı və şok anlar yaşandı

Avstraliyanın Kvinslend əyalətinin səhiyyə naziri Yvette Dat dünən əyalətin Brisben şəhərində Covid-19-la vəziyyəti şərh edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir açıqlama verərkən hörümçək onun üstünə çıxıb. Üzərindəki hörümçəyi görən jurnalistlərdən biri “Üstünüzdə hörümçək var” deyərək nazirə xəbərdarlıq edib. Çıxışına fasilə verən nazir, “Lütfən, kimsə hörümçəyi üzərimdən götürə bilərmi?” deyə kömək istəyib.

Nazir, “Mən çıxış etməyə və üzərimdə hörümçək yoxmuş kimi davam edəcəyəm, amma hörümçək üzümə doğru yaxınlaşsa lütfən, mənə bildirin” deyərək çıxışına davam edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə