Alimlər bu canlını gördükdə şoka düşdülər

Alimlər Avstraliyada apardıqları işlər çərçivəsində çox əhəmiyyətli bir kəşfə imza atdılar. Tədqiqatçılar Qərbi Avstraliyadakı mədən sahəsində təxminən 60 metr yerin altında solğun rəngli, 95 mm uzunluğunda, 1306 ayağı olan qırxayaq aşkar ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, 400 milyon il əvvəl mövcud olan qırxayaqların bu gün 13 minə yaxın növü var. Əvvəlki rekord 750 ayağı olan Kaliforniya qırxayağı növü "İllacme plenenes" idi.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə