Sirklərdə heyvanlardan istifadə qadağan edilsin?

Bunu Avropa Parlamenti deputatları istəyirlər

Avropa Parlamentinin deputatları sirk şoularında heyvanlardan istifadəni qadağan etməyi Avropa İttifaqından xahiş ediblər.

SİA xəbər verir ki, millət vəkilləri İttifaqın icra orqanı olan Komissiyadan vəhşi təbiətin qeyri-qanuni ticarəti və əhalinin sağlamlığına və təhlükəsizliyinə təhdidlərə qarşı mübarizə cəhdinin bir hissəsi kimi belə bir qadağanın gündəliyə salınmasını istəyiblər.

Bir müddətdir ki, Avropada qeyri-hökumət təşkilatları bu istiqamətdə çağırışlar edir, kampaniyalar aparırlar. Nəhayət, bəzi üzv dövlətlər, Fransanın keçən ay tərbiq etdiyi kimi, milli qadağalar tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə