Qanda yüksək xolesterolu aşağı salan QİDALAR HANSILARDIR? - BİLMƏNİZ VACİBDİR

Yüksək xolesterol səviyyəsi bir çox insanın sağlamlığını təhdid edir. Yediyimiz qidalar, artıq çəki, oturaq həyat, yaş, ailə tarixi və ümumi sağlamlıqdan təsirlənən yüksək xolesterolu azaltmaq üçün müxtəlif yollardan istifadə edilir. SİA olaraq sizə xolesterol səviyyəsini aşağı salan qidalar təqdim edirik:

1. Yulaf: Tərkibində həll olunan lif var, pis xolesterolu çıxarır və ürək üçün faydalıdır.

2. Qoz, badam və digər çərəzlər: Fındıq xam, duzsuz və ya şəkərlə örtülməməlidir. Onlar çoxlu doymamış yağ turşuları ilə zəngindir.

3. Quru lobya: Gündəlik 126 qram bişmiş paxlalı bitkilərin istehlakı xolesterolu 5 faiz azaldır.

4. Meyvə: Xüsusilə sitrus meyvələri pektinlə zəngindir. Pektin, bədəndə həll olunan lifə çevrilir və xolesterolu bədəndən çıxarır. Alma və üzüm kimi meyvələr qanda antioksidantların səviyyəsini artırır və xolesterolun zərər verməsinin qarşısını alır.

5. Çay: Çayın tərkibindəki flavonoidlər qan damarlarını rahatlaşdırır və qan laxtalanmasının qarşısını alır. Flavonoidlər həmçinin arteriyalarda lövhə əmələ gəlməsinə səbəb olan LDL xolesterinin oksidləşməsinə maneə törədir.

6. Şokolad: Şokolad güclü antioksidantlardan ibarətdir və HDL xolesterinin (xoşxassəli xolesterin) artmasına kömək edir. Şokolad dedikdə tam süd və şəkərlə doldurulmuş çubuqları deyil, kakaonu nəzərdə tuturuq. Bir araşdırma, kakao tozu istehlak edənlərdə HDL-də 24%, nəzarət qrupunda isə təxminən 5% artım olduğunu ortaya qoyub.

7. Avokado: Tək doymamış yağ turşuları ilə zəngindir. HDL səviyyəsini artırmağa və LDL (pisxassəli xolesterol) xolesterolunu azaltmağa kömək edir. Tərkibində beta sitosterol adlı bitki əsaslı yağ olan avokado, qidadan udulan xolesterinin miqdarını azaldır. Ancaq yenə də gündə bir dənədən çox avokado yeməmək faydalıdır.

8. İspanaq: Böyük miqdarda lutein ehtiva edir. Tədqiqat göstərir ki, gündə yarım fincan luteinlə zəngin qida qəbulu damarlarda tıxanmanın qarşısını alaraq infarkt riskini azaldır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə