Hər gün bir qaşıq darçın istifadə etsəniz NƏ OLAR?- MARAQLI FAKTLAR

Bəzi qidalar var ki, güclü tərkibi sayəsində möcüzəvi faydaları ilə sağlamlıq üçün ən vacib mənbəyə çevrilir. Onlardan biri olan superqida darçın, desertləri bəzəyən ədviyyatdan çox-çox fərqlidir. Dəfnəgillər qrupundan olan darçın, zəngin qida dəyəri ilə əsl antioksidantdır. Bu yolla immunitet sistemini gücləndirməklə yanaşı, xəstəliklərlə də mübarizə aparır. Bir çay qaşığı qədər də sağlamlıq daşıyan darçın, dadı ilə yanaşı faydaları ilə də insanı qane edir. Yüksək təzyiqdən tutmuş bir çox problemi idarə etməyə kömək edən darçın xərçənglə mübarizə apararkən belə insanın yanındadır.

Tədqiqatlar göstərdi ki, darçın, ölçülən ən yüksək antioksidant tərkibli qidadır. Beləliklə, bədəni oksidləşdirici zərərdən qoruyur və bədənin vaxtından əvvəl qocalmasının qarşısını alır. Darçın bağırsaq xəstəlikləri problemləri üçün yaxşı bir xilaskardır. Bağırsaqlardakı göbələk və bakteriyalarla mübarizə aparan darçın, şişkinlik və həzm problemlərinə də fayda edir. Qan şəkərinin aşağı olması insanlar üçün böyük problemdir. Çünki qan şəkəri aşağı düşdükcə insan özünü yorğun və halsız hiss edir, konsentrasiyanın pozulmasından əziyyət çəkir. Yaxşı qan şəkəri tənzimləyicisi olan darçın şəkəri tarazlaşdıraraq insanın günə daha canlı və enerjili başlamasına kömək edir. Həmçinin qan şəkərini tənzimləyərək mümkün şəkər böhranların qarşısını alır. Bundan əlavə, toxluq hissi verən darçın qidaların daha yavaş parçalanmasını təmin edərək aclıq hissini azaldır. Yemək həvəsini azaldan darçın sayəsində insan ideal çəkisini saxlaya bilir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə