İnsanlar sürətlə 1970-ci illərə geri dönməyə çalışırlar

Texnologiyanın inkişafı ilə evlər daha müasirləşərkən, dünyada başlayan yeni tendensiya bu vəziyyəti tərsinə çevirib. Təsərrüfat mallarının qiymətinin artması və köhnə malların yenidən modaya çevrilməsi ilə bir çox insanlar evlərini köhnə əşyalarla təchiz etməyə başlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, insanlar xüsusilə 1970-ci illərdə olan ev dizaynını həyata keçirməyə başlayıblar.

51 yaşlı yazıçı Korbayn Hanson Vittiq də evlərini 1970-ci illərə görə dizayn edənlər arasındadır. Yeni evini istədiyi kimi səliqəyə salan qadın 70-ci illərdən qalma əşyalarla nostalji ruhlu ev yaradıb. Korbayn, əlavə etdi ki, əşyalar çox da bahalı deyil. Müvafiq olaraq, evdəki bütün əşyalar cəmi bir neçə min dollara başa gəlir. Müəllif digər insanlara da evlərini bu şəkildə dizayn etməyi tövsiyə edib. Sosial şəbəkələrdə yayılan fotolardan sonra bir çox istifadəçi mövzu ilə bağlı fikirlərini bildirib. Bəzi istifadəçilər sözügedən evə girməyin az qala zamanda səyahətə bənzədiyini bildiriblər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə