Hokkey matçında kütləvi dava düşdü...

Samara vilayətində uşaq hokkey matçında baş verən kütləvi davanın videosu yayılıb.

SİA xəbər verir ki, dava hesab 4:1-ə çatanda başlayıb.

Hadisə “Volqar” (Tolyatti) və “Kometa” (Samara) arasında Volqa Federal Dairəsi çempionatı çərçivəsində 2009-cu il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında keçirilən təkrar qarşılaşma zamanı qeydə alınıb.

Məlumat üçün onu da bildirək ki, tərəflərin ilk oyunu 5:4 hesabı ilə Tolyatti komandasının əzmkar qələbəsilə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə