Türmədəkilərə narkotik satan...elə nəzarətçiymiş

Hadisə Fransanın Fresn kommunasında baş verib.

SİA xəbər verir ki, 23 yaşlı həbsxana nəzarətçisinin davranışı rəhbərlikdə şübhə doğurub və o, nəzarətə götürülüb.

Ötən gün səhər saatlarında isə təhlükəsizlik kameraları olun əməlini qeydə alıb. Videodan görünür ki, o, zibil torbasını özünə aid olmayan sektora gətirərək zibil qutusuna ataraq ərazidən uzaqlaşıb.

Bundan sonra hadisə yerinə gələn polislər polietilen paketdə 200 qram heroin aşkar ediblər. Ardınca isə onun evində axtarış aparılıb. Evdən 35 qram həşiş qatranı, pul və güllə keçirməyən gödəkçə aşkar edilib.

Məhkəmənin qərarı ilə həbsxana nəzarətçisi barədə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə