İraqda "TikTok" qadağan edilə bilər

İraqda yaxın gələcəkdə Çinin "TikTok" proqramı qadağan edilə bilər.

SİA xəbər verir ki, sosial şəbəkənin bloklanması hazırda İraqın Media və Kommunikasiya Komissiyası tərəfindən müzakirə edilir.

Verilən məlumata görə, "TikTok"un İraq ictimaiyyətinin zövqünə uyğun gəlmədiyi və müəyyən yaş qrupları üçün uyğun olmayan ədəbsiz məlumatlar yayması iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə