Kərkədanlarda da COVİD-19 aşkar edilib

Belçikanın Antverpen şəhərindəki zooparkda 2 kərkədanda COVİD-19 aşkar edilib.

SİA xəbər verir ki, zooparkın veterinarı heyvanlarda ifrat dərəcədə burun axmasından şübhələndiyi üçün onları test edib.

Testin nəticəsi hər 2 heyvanın yoluxduğunu göstərsə də, onlarda heç bir simptom müşahidə edilmir. Xəstəliyin insandan keçməsi ehtimalına görə bütün zoopark işçiləri yoxlanılıb. əməkdaşların hamısının test nəticələri neqativ olduğu üçün xəstəliyin hansısa ziyarətçidən keçəcəyi versiyası irəli sürülüb. Hazırda hər 2 heyvan təcrid olunub.

Qeyd edək ki, koronavirus indiyədək it, pişik, şir və atlarda qeydə alınıb. Maraqlıdır ki, xəstəlik heyvandan insana və ya heyvandan-heyvana keçmir. COVID-19-a yoluxan heyvanlarda heç bir simptom müşahidə edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə