Əhəmiyyətli addımlar atacaqsınız - ASTROLOJİ PROQNOZ

Qoç
Daha qərarlı olmağa çalışmalı, əldəki maddi dəyərlərin əhəmiyyətini bilməlisiniz. İş qüvvənizi ortaya qoyacaq fürsətlər istisna deyil. Karyera planlarınızda tələskənliyə yol verməyin.

Buğa
Pul mövzusu ilə bağlı bir ziyarətdə müsbət gözləntilər yaşana bilər. Uzun zamandır romantik sahədə axtardığınız sükutu pozacaqsınız. Çünki axtardığınız adamı tapacaqsınız. İşlərinizdəki sıxlıq üzündən çaxnaşmadasınız.

Əkizlər
Romantik mövzuda etibarsızlıq nümayiş etdirirsiniz. Günün birinci yarısında kiçik mübahisələr istisna deyil. Ancaq günortaya doğru əhvalınız düzələcək.

Xərçəng
Uzun sürən sükut bu gün pozulacaq, eşitdiklərinizdən xoşlanmaya bilərsiniz. Gələcəklə bağlı bütün planlarınızı dəyişməyə məcbur olacaqsınız. Çünki olayların son inkişafı sizə yeni hədəflər gətirəcək.

Şir
Önümüzdəki günlərdə bəzi itkilər görünür. Bu günlərdə çox qənaətcilsiniz. Hədəfə daha planlı şəkildə yanaşacaqsınız. Gündəlik təkrarlanan işlərin öhdəsindən gəlmək üçün mütəşəkkil hərəkət etməlisiniz.

Qız
Gələcəklə bağlı gözəl planlar quracaq və sizinlə eyni fikirdə olan insanlarla görüşəcəksiniz. Həyata baxışınızı və inanclarınızı sorğuladığınız bir gündür. Güclü təsirə malik şəxslərin dəstəyilə əhəmiyyətli addımlar atacaqsınız.

Tərəzi
Gəlir mənbələrinizin qorunması istiqamətində tədbirlər görməlisiniz. Ümumiyyətlə, maddi mövzularda şanslısınız. Yeni qazanclar əldə etmək üçün ideyalar inkişaf etdirə bilərsiniz. Xərcləmələrinizdə çox diqqətli olmalısınız.

Əqrəb
Xərcləmələrinizə hər zamankından daha çox diqqət yetirəcəksiniz. Ancaq axşam saatlarında hesabda olmayan bəzi məsrəflər çıxacaq. Gözləmədiyiniz iş birlikləri sizi yeni qərarlar verməyə məcbur edəcək. Ortaqlıqların gətirdiyi çətinliklərə baxmayaraq, özünüzü daha güclü müdafiə edəcək, haqqınıza sahib çıxacaqsınız.

Oxatan
Maddi çətinliyi olan hər kəsin köməyinə qaçır və buna görə yaşadığınız maddi çətinlik üzündən özünüzə hirslənirsiniz. Səhhətinizə fikir verin. Xalq təbabətindəki şəfa üsullarından da faydalanmaq şansınız var.

Oğlaq
Olduqca yorucu şərtlər altındasınız. Ancaq sizi məhdudlaşdıran mövzuları aşacaqsınız. Bu günlərdə əyləncədən çox üzərində işlədiyiniz yaradıcı bir iş vaxtınızı alacaq. Tənha qalmaq ehtimalı da var. Əlaqələrinizə diqqət yetirin.

Dolça
Nizamsız yuxu sağlamlığınızı poza bilər. Romantik baxımdan çox rahat və xoşbəxt deyilsiniz. Ancaq məsuliyyətlərinizi yerinə yetirəcək gücünüz var. Bu gün ailədaxili münasibətlərə diqqət yetirin.

Balıqlar
“Balıqlar”ın eşqdə şansı artır. Yaxın ətrafınızda sizdən xoşlanan adamın varlığından xəbərdar olacaqsınız. Evdə diqqətsiz rəftarınız bəzi xoşagəlməz hallara səbəb ola bilər. Mülayim və səbrli olmağa çalışın.

Bütün xəbərlər Facebook səhifəmizdə