Dənizdə müəmmalı varlıq peyda olub

2017-ci ildə Hollandiyanın Amsterdam yaxınlığındakı kurort kəndində çəkilmiş foto sosial mediada ən çox müzakirə olunan fotolardan birinə çevrilib. O zamanlar uzun müddət gündəmdə qalan fotodakı qızın kim olduğu hələ də bilinməyib. Qorxunc görünən qızın fotosunun çəkilməsindən 4 il keçsə də, fotonun sirri hələ də açılmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dənizdə qəfil peyda olan qızın suyun kənarında görünən müəmmalı məxluq olduğu bildirilib. Lakin buna dair heç bir sübut yoxdur. Amsterdam rəsmiləri tərəfindən qızın kim olduğu barədə heç bir məlumat verilməyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə