Oyuncaq silahla oğurluq etmək istədi...

...həqiqi silahla vuruldu

Türkiyənin Şanlıurfa şəhərində zərgərlik mağazasından oğurluq edən şəxs mağaza sahibi tərəfindən silahla vurulub.

SİA xəbər verir ki, mağazaya girən maskalı şəxs 720 qram qızıl götürərək qaçıb.

Oğrunun arxasınca düşən mağaza sahibi onu həqiqi odlu silahla ayağından vurub.

Yerə yıxılan soyğunçu polislər tərəfindən xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, onun əlindəki silah oyuncaq olub.

Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə mağaza sahibinin sakit davranışı diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə