Gündə bir kivi yeməyin faydaları

Kivi ürək-damar və onkoloji xəstəliklərin qarşısının alınması üçün əla vasitədir.

SİA xəbər verir ki, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva məlumat verib.

Onun sözlərinə görə, bu meyvənin ən faydalı xüsusiyyəti damarları kilidləyən yağların yandırılmasıdır.

“Lipid metabolizması pozulmuş insanlar üçün kivi vacibdir. Bu meyvə C vitamini, fol turşusu və B6 vitamini ilə zəngindir, ona görə də vitamin çatışmazlığının qarşısını almaq üçün yeyilməlidir. Kivi həmçinin kollagen istehsalını stimullaşdırır və saçların vaxtından əvvəl ağarmasının qarşısını alır. Onu cəsarətlə gənclik və gözəllik məhsulu adlandırmaq olar”, - deyə həkim bildirib.

O, əlavə edib ki, kivi xüsusilə hamilə qadınlar üçün dəyərlidir. Tərkibində ana və körpənin ürəyinin normal işləməsi üçün lazım olan kalium var, dəmirin sorulmasına kömək edir, qəbizlik ehtimalını azaldır.

Bununla belə, məhsul kəskin mədə xəstəliyi, sitrus meyvələrə alergiyası olanlar və ishala meylli insanlar üçün rasiondan xaric edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə