Avstriyada cərrah əməliyyat zamanı 82 yaşlı qadının səhv ayağını kəsib.

SİA xəbər verir ki, hadisə Linz şəhərində qeydə alınıb.

Həkim əməliyyatdan iki gün sonra etdiyi səhvin fərqinə varıb. Bundan sonra qadının digər ayağı da kəsilib.

Səhlənkarlıqda təqsirləndirilən 43 yaşlı cərrah, məhkəmə tərəfindən 2 700 avro məbləğində cərimələnib. Bundan başqa, o, sağ ayağının yerinə sağlam olan sol ayağını kəsdiyi qadının ailəsinə 5 000 avro təzminat ödəməlidir.

Qadın məhkəmədən bir müddət öncə vəfat edib.

Qeyd edək ki, oxşar hadisə 2016-cı ildə Bakıda da baş verib. Həmin vaxt Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrahı Valeh Kərimov şəkərli diabet xəstəsi Tərlan Məmmədovanın qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsmişdi.

87 yaşlı qadına qarşı məsuliyyətsiz davranışa görə Kərimov Valeh və Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər tutduğu vəzifədən azad edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...