Demə,.. Nizami iranlı, Şirin isə erməni imiş?

Londonda yerləşən “Viktoriya və Albert” muzeyi dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı təhrifə yol verib.

SİA xəbər verir ki, muzeyin səhifəsində Nizami yaradıcılığı ilə bağlı paylaşım edilib.

Nizami “Xəmsə”sinin ikinci əsəri olan “Xosrov və Şirin”dən bir səhnənin yer aldığı çini İran dastanından parça kimi təqdim olunub:

“Romantika səhnələri. Bu çini XII əsr İran şairi Nizami Gəncəvinin yazdığı “Xəmsə” və ya Nizaminin beş nağılı kimi tanınan İran dastanından məşhur səhnəni təsvir edir”.

Paylaşımda daha bir təhrif Şirinin erməni şahzadəsi kimi təqdim olunmasıdır.

Belə ki, paylaşımda qeyd olunur ki, əsər Sasani hökmdarı Xosrov və erməni şahzadəsi Şirinin görüşlərindən bəhs edir.

Qeyd edək ki, “Viktoriya və Albert” muzeyi dünyada tətbiqi sənət əsərlərinin qorunduğu ən zəngin muzeylərindən biridir. Burada Azərbaycan sənətkarlarının bir çox əsərləri, eləcə də, məşhur “Şeyx Səfi” xalçası nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB