NASA xəbərinin yalan olduğunu TUA ortaya qoydu

“2018 AH” nəhəng asteroidinin Yer kürəsilə toqquşması gözlənilmir.

SİA xəbər verir ki, Türkiyə Kosmos Agentliyi (TUA) nəhəng bir asteroidin ay sonunda Yer kürəsinə dəyəcəyi xəbərlərinin "Bu asteroid Yer kürəsinin təxminən 4,5 milyon kilometr yaxınlığından keçəcək" sözləri ilə yalan olduğunu ortaya qoydu.

İsrailin "The Jerusalem" qəzetinin xəbərində "NASA Vaşinqton abidəsi böyüklüyündə bir asteroidin dekabr ayının sonlarında Yer kürəsinə doğru yola çıxacağını açıqladı" şəklində bir yazı dərc etmişdi. TUA bu xəbərin bəzi qurumlar tərəfindən "Xiroşimadan 800 qat daha güclü asteroid Yer kürəsinə yaxınlaşır" şəklində də yayıldığının əsassız narahatlığa səbəb olduğunu bildirərək sözügedən mövzunun yalan olduğunu açıqladı.

TUA bu barədə sosial media hesabından etdiyi şərhdə yazıb: "Qlobal fəlakətə səbəb ola biləcək təhlükəli asteroidlər son dərəcə nadirdir. Bu cisimlər Yer kürəsinə orta hesabla hər 1000 əsrdə bir təsir edə bilər. Xəbərlərdə bəhsi keçən “2018 AH” adlı asterodin Yer kürəsilə toqquşması gözlənilmir. Asteroid Yer kürəsinin təxminən 4,5 milyon kilometr yaxınlığından keçəcək. Bu məsafə Yer ilə Ay arasındakı məsafədən az qala 12 dəfə azdır."

Bütün xəbərlər Facebook səhifəmizdə