Amsterdamın Skiphol aeroportu maraqlı bir eksperiment aparıb.

Təbii ki, quşlar aviasiya üçün ciddi problemdir. SİA xəbər verir ki, bunun həlli üçün dünyada müxtəlif üsullara əl atılır.

Skiphol aeroportunun ətrafında böyük çuğundur sahələri quşları cəlb edir. Aeroport rəhbərliyi quşların axınının qarşısını almaq üçün donuzlardan istifadə edir. Donuzlar 2 hektar sahədə məhsul yığımından sonra yerdə alan bütün bitki köklərini və yarpaqları yediyi üçün quşlar bura kütləvi şəkildə gəlmir. Gələn il bu təcrübədən daha geniş istifadə etmək qərara alınıb. Aeroportun ətrafında 2 min hektar əkin sahəsi mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə