İki ailədə 13-cü uşaq doğulub…

…Regional hökumətdən verilən məlumata görə, 13 -cü uşaq Rostov vilayətinin iki böyük ailəsində dünyaya gəlib. Belə ki, vilayətin Krasnosulinskiy rayonunda yaşayan Dimitrovlar ailəsi körpəyə Ruslan, Donetskdən olan Çerniçenko ailəsində isə

13 -cü uşağa Danislav adı verildi.

Qeyd edək ki, ailələrdə hər iki ata kömür sənayesində çalışır, analar isə evdar qadınlardır.

2016 -cı ildə bölgə qubernatoru Vasili Qolubev hər iki ailəyə mikroavtobus və fəxri fərmanlar təqdim etmişdi.

O, həmçinin bölgədə çoxuşaqlı ailələrin sayı artdığını da bildirmişdi.

Bildirək ki, hazırda bölgədə 47 min çoxuşaqlı ailələr var ki, bu da 10 il əvvəlkindən iki dəfə çoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...