Bu ilki istilərdən danışılacaq...

Bu il Azərbaycanda yayın son ayları son dərəcədə isti keçib. Qeyd edək ki, ölkənin yaşlı nəsil nümayəndələri Son illərdə ardıcıl olaraq davam edən belə isti günləri xatırlamadıqlarını deyirlər.

Mütəxəssislər bu hadisəni qlobal iqlim dəyişiklikləri ilə əlaqələndiriblər. Ekspertlər bildiriblər ki, son 25 ildə Abşeron yarımadasında müsbət temperatur anomaliyaları üstünlük təşkil edib. Bakıda orta maksimal temperatur xüsusən də avqust ayında xeyli artıb, istilik dalğalarının təkrarlanması və davamlılığı müşahidə olunur.

Bu istiliyin Azərbaycan təbiətinə və təsərrüfat fəaliyyətinə necə təsir etdiyi, yaxın illərdə iqlim proseslərinin necə inkişaf edə biləcəyi və ətraf mühitə necə təsir edəcəyi haqqında sentyabrın 17-də saat 12:00-da “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində onlayn mətbuat konfransı zamanı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə