Elvisin saçları hərracda 72 min dollara satıldı

Məşhur musiqiçi Elvis Presliyə məxsus bir banka saç, ABŞ-da keçirilən hərracda 72.500 dollara satıldı

Kaliforniyadakı “Kruse GWS” hərrac evi tərəfindən təşkil edilən hərracda Elvis Preslinin saçlarından başqa 1972 -ci ildə Nyu Yorkdakı Madison Square Garden konsertində geyindiyi paltarları isə 1 milyon 12 min 500 dollara alıcı tapıb. SİA bu barədə türk mətbuatına istinad edir

Elvis Preslinin saçları, onun şəxsi bərbəri Homer Gilleland tərəfindən əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə