XVII Berlin İşıq Festivalı başlayıb

Almaniyanın paytaxtı Berlində bu il 17-ci İşıq Festivalı başladı. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Şəhərin simvolları olan 75 binaya 3D proyektorları ilə müxtəlif sənətçilərin hazırladığı rəsm və illüstrasiyalar musiqinin harmoniyasında əks olunur.

Berlin Katedralı, Brandenburq qapısı və Berlin televiziya qülləsi kimi binalar üzərində rəngli görüntülər hamının böyük marağına səbəb olaraq insanları heyrətləndirir.

Berlin İşıq Festivalı sentyabrın 12-sinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə