Avstraliyanın Yeni Cənubi Uels hökuməti üç yaşlı uşaqların öz cinslərini seçmələrinə icazə verilə biləcək qaydalar hazırlayıb.
SİA bu barədə “Daily Mail” nəşrinə istinad edir.
Beləliklə, uşaqlara özlərinə müraciət etmək istədikləri əvəzliyi (bu rus dilində belə səslənir: “on” və ya “ona”) seçmək imkanı verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu “yenilik” hələ rəsmi olaraq qəbul edilməsə də, artıq ölkənin elm adamları və həkimlər tərəfindən tənqid olunmağa başlayıb. Onlar uşaqların cins anlayışını hələ tam anlamadıqlarını əsas gətirərək bu təşəbbüsü yersiz sayırlar.
Xatırladaq ki, bundan bir qədər əvvəl, Şotlandiya səlahiyyətliləri, dörd yaşından etibarən uşaqların öz istədikləri tualetdən istifadə etmək də daxil olmaqla, valideynlərinin xəbəri olmadan öz istəkləri ilə "cinsiyyət dəyişdirməsinə" icazə verməyə qərar veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB