Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələridir. Xatırladım ki, bu termin dünyada 80-ci illərdən bəri işlənməyə başlasa da, bu gün artıq xeyli “populyarlıq” qazanıb. Etiraf edək ki, hazırda qeyri-sabit hava şəraiti dünyanın bir sıra ölkələrində hiss olunmaqla yanaşı, problemlər də yaratmaqdadır.
İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə, əsasən, antropogen amillərlə bağlıdır. Qeyd edək ki, antropogen amillərin də əsası istilik effekti yaradan qaz birləşmələridir.
Nə isə…bunlar öz yerində…ancaq bu günlərdə iqlim dəyişikliyi ilə bağlı maraqlı bir xəbərlə rastlaşdım: deməli, dünən Ukrayna mediası ölkənin Hidrometeorologiya Mərkəzinin direktoru Mikola Kulbidaya istinadən maraqlı bir bir xəbər yayıb.
Belə ki, mərkəz direktorunun dediyinə görə, orta illik temperaturun yüksəlməsi və qlobal istiləşmə səbəbindən 20-25 ildən sonra Ukraynada qış olmayacaq. Sinoptik, Ukraynanın qlobal istiləşmənin xüsusilə nəzərə çarpdığı ölkələrdən biri olduğunu - son bir neçə il ərzində orta illik temperaturun Selsi üzrə 1.6-1.7 dərəcə artdığını söyləyib. Bundan əlavə, Kulbida Ukraynada hər il orta hesabla isti yay dövrünün 10-15 gün artdığını, qış dövrünün isə azaldığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB