Dürüstlük kitabının saxta olduğu ortaya çıxdı!

Dünyaya təsir edən dürüstlük kitabının saxta bir araşdırma hesabatı əsasında yazıldığı ortaya çıxıb. Kitabın müəllifi kitabla bağlı bu sözləri deyib: "Mən tədqiqat şirkətinin qurbanıyam". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Duke Universitetinin psixologiya və davranış iqtisadiyyatı professoru 54 yaşlı Dan Ariely fırıldaqçılıqda ittiham olunur. Arielynin 2012 -ci ildə yazdığı "Vicdansızlığın Ardındakı (Dürüst) Həqiqət" kitabındakı elmi məlumatların əsassız olduğu ortaya çıxıb. Ariely kitabında yalan danışmağı və aldatmağı azaltmaq üçün bir düstur təqdim edib. Bu eksperimental düstura görə, müqavilədən əvvəl yalan danışmayacağını ifadə edən bir formanın imzalanması saxtakarlığı azaldır. Kanada da daxil olmaqla bir çox ölkədən olan ictimai qurumlar, dünyada səs çıxaran bu düsturu istifadə etmək istəyirdilər. Vergi bəyannamələri üçün xüsusilə təsirli olacağına ümid edildi. Ancaq yalan danışmaq və aldatmaq nisbətində heç bir azalma olmadı. Bunun üzərinə kitabdakı məlumatlar sorğulandı. Üç alim kitabdakı təcrübənin saxta olduğu qənaətinə gəldi. Məlum oldu ki, Ariely hətta kitabın müəllifi olduğu professordan məlumatları gizlədir. Ariely bir sığorta şirkəti tərəfindən araşdırma aparıldığını və uyğunsuzluqlardan bu şirkətin məsuliyyət daşıdığını söylədi. Ancaq bəzi elm adamları, sığorta şirkətinin Ariely nəzəriyyəsini dəstəkləmək üçün saxta məlumatlar uydurmayacağını və məlumatların təhrif edildiyini söylədilər. Professor Ariely kitabından sonra mənəvi lider kimi görüldü, bir çox iclaslarda natiq oldu və yeni kitab sövdələşmələri etdi.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə