...Çinin Hunan əyalətinin Çanşa şəhərində yaşayış kompleksinin hasarında qırmızı bannerlər peyda olub.
SİA-nın məlumatına görə, bu cür lövhələr adətən kömək edən insanlara səmimi minnətdarlıq əlaməti olaraq asılır. Lakin bu dəfə onların görünüşü yerli sakinlər arasında çaşqınlıq və hətta şoka səbəb olub.
Məlum olub ki, Çanşa sakini şəhər əhalisinə ərinin xəyanətini qeyri-adi şəkildə söyləmək qərarına gəlib.
O, 12 ildir ki, soyadı Şi olan ən yaxın rəfiqəsi ilə ünsiyyətdə olduğunu etiraf edib.
Ancaq bu yaxınlarda o, Şinin əri ilə beş ildir intim münasibətdə olduğunu öyrənib.
Görüşlər kişinin iş vaxtı otellərdə baş tutub.
Bannerlər göründükdən sonra Şi-nin rəhbərləri daxili araşdırmaya başlayıblar.
Nəticədə bannerlər yığışdırılıb.
Onları asan qadın məsuliyyətə cəlb oluna bilər. Yalan məlumat və ya böhtan materialları yaydığı sübuta yetirilərsə, o, xəbərdarlıq edilə, cərimələnə və hətta həbs oluna bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə