Qazmanovun mahnısının məktəb proqramına salınması təklif olunub...

Rusiyanın xalq artisti Oleq Qazmanovun “Zabitlər” mahnısı məktəb proqramına salınmalıdır.

SİA-nın məlumatına görə, bu fikri Rusiyanın əməkdar artisti Yuta (əsl adı - Anna Osipova –A.B.) paylaşıb.

Müğənni qeyd edib ki, bəstə yazıldığı illərdə aktual olub və bu günə qədər populyarlığını qoruyub saxlayır.

...Bu, şedevrdir. O vaxtlar asan olmasa da, faktiki olaraq bütün ölkəni birləşdirən mahnı. Onun işi hələ də bir çox silahlı və təhlükəsizlik orqanlarında himndir, - o qeyd edib.

Qazmanov bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında aparılan danışıqları şərh edib.

Sənətçi siyasətçi olmadığını, dünya hadisələrini yaxından izlədiyini qeyd edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə