Kişi borca görə nikah qeydiyyatını ləğv etməyə məcbur olub..?

Belaruslu borca ​​görə nikah qeydiyyatını ləğv etmək məcburiyyətində qalıb. Çünki 17 ildən sonra ona əvvəlki qadından övladı olduğu deyilib. Və kişi də, amma...

SİA-nın məlumatına görə, əhvalatı Dövlət Məhkəmə Ekspertizası Komitəsinin Brest vilayəti üzrə şöbəsi danışıb. …Əvvəllər kişi Brest vilayətində yaşayıb və 2007-ci ildə boşandıqdan sonra nikahın pozulması ilə bağlı sənəd gözləmədən ölkəni tərk edib. Lakin o, yenidən evlənməyi planlaşdırdığı üçün proseduru tamamlamaq üçün geri qayıdıb.

Ancaq onu əsl sürpriz gözləyirmiş - aliment borcları…

Məlum olub ki, 2007-ci ildə keçmiş həyat yoldaşı bir uşaq dünyaya gətirib və sənəddəki ata sütununda onun adı yazılıb.

…Və daş atıb başını tutan kişi genetik ekspertiza keçirmək üçün Dövlət Məhkəmə Ekspertizası Agentliyinə müraciət edib.

İddia edilən ata və uşaqdan nümunələri araşdırdıqdan sonra ekspertlər onların bioloji əlaqəsinin istisna edildiyi qənaətinə gəliblər.

Beləliklə, ərizəçinin şübhələrini təsdiqləmək və sonradan aliment öhdəlikləri üzrə icra icraatını ləğv etmək mümkün olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə