İnsanın ölümündən sonra beyin fəaliyyəti qeydə alınıb…

Alimlər mərhumun beyninin ölümdən sonra 15 dəqiqə ərzində hələ də aktiv olduğunu aşkar ediblər

...Ölümdən sonra 15 dəqiqə ərzində beynin yaddaş və onun bərpası ilə əlaqəli sahələri işləməyə davam edir.

Alimlər tarixdə ilk dəfə ürəyi artıq dayanmış insanda beyin fəaliyyətini qeydə alıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, epilepsiya xəstəsi olan bir xəstədə beyin dalğalarının EEG qeydi zamanı baş verib.

Prosedur zamanı qəfildən 87 yaşlı xəstə infarkt keçirdi və öldü. Bununla belə, EEG beyin fəaliyyətini daha 15 dəqiqə qeyd etməyə davam etdi.

Bildirilir ki, xəstənin ölümündən sonra onun beyninin yaddaş və onun bərpası ilə bağlı sahələri işləməyə davam edib. Alimlər hesab edirlər ki, sözün əsl mənasında ölümdən bir an əvvəl beyin həyatın mühüm anları ilə bağlı son xatirələri canlandırmağa başlayıb.

Və ölümündən sonra bu proseslər getdikcə sönüb. Bununla belə, elm aktivliyin artmasına nəyin səbəb olduğunu hələ 100 faiz əminliklə deyə bilmir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə